Türkiyədə koronavirusdan gündəlik ölüm sayı 100-dən aşağı düşdü

Картинки по запросу "Türkiyədə koronavirus"

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün 137 min 712 koronavirus testi aparılıb.

Bunlardan 8 min 636-sı müsbət çıxıb. 98 nəfər pandemiyanın qurbanı olub.

Gün ərzində 8 min 109 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların sayı 2 milyon 437 min 382-yə çatıb.

Ümumi test sayı 30 milyon 893 min 496-ya yüksəlib. Ümumi yoluxma sayı 2 milyon 548 min 195, vəfat sayı 26 min 998, ağır xəstə sayı 1310-dur.

 

 






Fikirlər