Virus qonşu ölkədə DƏHŞƏT SAÇIR: 270 nəfər ÖLDÜ...

Virus qonşu ölkədə DƏHŞƏT SAÇIR: 270 nəfər öldü

İranda ötən sutka ərzində 270 nəfər koronavirusdan (COVID-19) ölüb.

Yenisabah.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 90 344 nəfərə yüksəlib.

Ölkədə ötən 24 saat ərzində 24 715 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 3 851 162 nəfərə çatıb.






Fikirlər