"Rusiya ilə döyüşməyə hazır olun" - Britaniya Ordusunun yeni rəhbəri...

Britaniya Ordusunun yeni rəhbəri general Ser Patrick Sanders məktubla tabeliyindəki bütün hərbçilərə müraciət edib.
Yeniavaz.com
 xəbər verir ki, BBC sözügedən məktubun mətnini əldə edib. Mətbuat orqanı bildirir ki, general hərbçilərə Rusiya ilə döyüş meydanında qarşılaşmağa hazır olmalarını söyləyib.

General məktubda Britaniya əsgərlərinə Ukraynada münaqişə davam etdiyi üçün "bir daha Avropada döyüşməyə" hazırlaşmalı olan nəsil olduqlarını söyləyib.
"İndi müttəfiqlərimizlə birlikdə vuruşmağa və döyüşdə Rusiyanı məğlub etməyə qadir bir ordu yaratmaq üçün yanan bir imperativ var", - deyə yazıb.
Qeyd edək ki, Sanders bu ayın əvvəlində Britaniya Ordusunun Baş qərargah rəisi təyin olunub.






Fikirlər