Əfqanıstanda ölənlərin sayı 250-yə çatdı - Yenilənib

Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində azı 250 nəfər ölüb, çoxlu sayda yaralı var.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə yerli rəsmi BBC-yə bildirib.

Qeyd olunub ki, ölənlərin sayı 250-dən çox ola bilər, 150-dən çox adam isə yaralanıb.
Zəlzələ Xost şəhərinin cənub-şərqindən təxminən 44 km aralıda baş verib.
ABŞ Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, səhər saatlarında insanların yatdığı vaxt baş verən zəlzələ 6,1 bal gücündə, 51 km dərinlikdə baş verib.

***09:02
Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində güclü zəlzələ baş verib.
Yeniavaz.com 
xəbər verir ki, Qətərin "Əl-Cəzirə" telekanalı hökumətdəki mənbəyə istinadən zəlzələ zamanı 50-yə yaxın insanın öldüyünü bildirib.

Mətbuat orqanı daha 65 nəfərin xəsarət alması barədə məlumat yayıb.






Fikirlər