MOSKVAYA DRON HÜCUMU OLUB - Güclü partlayışlar baş verib + VİDEO (Yenilənib)

 

İyulun 24-də səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları ilə hücum olub.

“Bu gün səhər saat 4 radələrində iki qeyri-yaşayış binasına pilotsuz uçan aparatlarının zərbələri qeydə alınıb. Ciddi dağıntı və tələfat yoxdur”, - deyə Moskva meri Sergey Sobyani “Telegram” kanalında bildirib.

Rusiya KİV-də yayılan məlumata görə, birinci dron hücumu zamanı Komsomol prospektində yerləşən bina zərər görüb. Məlumat üçün əlavə edək ki, zərər çəkən bina Rusiya Müdafiə Nazirliyinin inzibati binasının yaxınlığındadır.

Digər PUA isə Lixaçev prospektində yerləşən binaya çırpılıb. Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib.

***

Bu gecə Moskvanın müxtəlif yerlərində güclü partlayış səsləri eşidilib. “Report” yerli teleqram kanallara istinadən xəbər verir ki, şəhərə dron hücumu olub.

Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Lixaçov küçəsində yerləşən biznes mərkəzində partlayışlardan sonra tüstü və kiçik yanğın görünür. 

Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb.

Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir.

Rusiyanın TASS agentliyi Komsomolski prospektində dron qalıqlarının aşkarlandığını təsdiqləyib.

Hadisədə ölən və ya yaralananların olmadığı vurğulanıb.

Qeyd edək ki, hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.






Fikirlər