Rusiya təyyarəsini biz vurmuşuq – Ərdoğan

 


 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə hərbçilərinin Suriya səması üzərində Rusiyaya məxsus “Su-24” tipli təyyarəni vurması xəbərini təsdiqləyib.

 

AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin Türkiyə müxbiri Fərcan Yalinkilic öz “Twitter” səhifəsində yazıb. 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi də bu xəbəri təsdiqləyib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb

Təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları tərəfindən vurularaq yerə salınıb. Pilotlar katapult edərək təyyarədən çıxa biliblər.






Fikirlər