SON DƏQİQƏ! Qazaxıstanda fövqəladə vəziyyət ELAN EDİLDİ

Şərqi Qazaxıstanın Kürçum rayonunda fövqəladə vəziyyət elan edilib.

AzerTaym.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Tengrinews.kz" məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 7-dən Kürçum rayonuna yağan güclü qar səngimir. Sinoptiklər bildirir ki, qarın qalınlığı bəzi yerlərdə iki metrə çatır.

Şərqi Qazaxıstan Akimatının mətbuat xidmətinin məlumatına görə, rayon sakinlərinin nəqliyyat əlaqəsi kəsilib.

Yanvarın 16-da ərzaq, zəruri ləvazimat və dərman preparatlarının çatdırılması üçün əraziyə helikopter göndərilib.

Şərqi Qazaxıstanın Markakol bölgəsində də pis hava şəraiti hökm sürür. 

Qeyd edək ki, Şərqi Qazaxıstanın bir sıra rayonlarında hava şəraiti ilə əlaqədar məktəblərdə dərslər distant təhsil formatına keçirilib.

 






Fikirlər