31.01.2014. - Səriştəsiz sürücülərə müraciət edildi.

31.01.2014. -  Səriştəsiz sürücülərə müraciət edildi.
31.01.2014. -  Səriştəsiz sürücülərə müraciət edildi.
Belə sürücülər qarlı havada nəqliyyat vasitələrini lazımi səviyyədə idarə edə bilməyərək, yollarda aparılan işlərə mane olurlar.
"Azəryolservis" ASC səriştəsiz sürücülərə müraciət edib.
AzerTaym.az xəbər verir ki,bu barədə ANS-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bəzi səriştəsiz sürücülər qarlı hava şəraitində nəqliyyat vasitələrini lazımi səviyyədə idarə edə bilmədiyindən həm digər avtomobillərə, həm də yollarda aparılan işlərə mane olurlar.

Bu isə yollarda tıxacların yaranmasına, bəzi hallarda isə ciddi problemlərə gətirib çıxarır. ASC-nin mətbuat katibi belə sürücülərin imkan qədər avtobillə yola çıxmamalarını tövsiyyə edib.

Qeyd edək ki, Azərbaycan sinoptikləri ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar xəbərdarlıq edib. Yanvarın 30-dan başlayaraq və yanvarın 31-də ölkə ərazisində hava şəraiti daha da kəskinləşib, intensiv və güclü qar yağıb, şaxta qeydə alınıb
.






Fikirlər