RUSİYALI NAZİRLƏRİ ZALDAN ÇIXARDILAR - Şimali Koreya səfərindən maraqlı görüntü + VİDEO

Məlum olduğu kimi, Vladimir Putin Şimali Koreyaya iki günlük səfər gedib. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, səfər zamanı Putinin özü ilə apardığı nazirlərlə bağlı insident baş verib.

Şimali Koreya rəsmilərindən biri Kim Çen In içəri girməzdən əvvəl görüşün keçiriləcəyi iclas zalında əyləşmək istəyən rusiyalı nazirləri çölə çıxarıb. Hadisənin görüntüləri Şimali Koreya mediası tərəfindən canlı yayımlanıb.

Zala birinci daxil olan Xarici İşlər naziri Sergey Lavrov masa arxasında oturarkən əvvəlcə yorğunluqdan, sonra isə nəyinsə çirkləndiyindən şikayətlənir. Lavrovun yanında baş nazirin birinci müavini Denis Manturov və baş nazirin digər müavini Vitali Savelyev otururlar. Yayımlanan kadrlarda həmçinin baş nazirin müavini Aleksandr Novak, Müdafiə naziri Andrey Belousov, Səhiyyə naziri Mixail Muraşko və “Roskosmos”un rəhbəri Yuri Borisov da yer alıb. 

Nazirlər zalda oturduqdan bir qədər sonra koreyalı məmur onlara zaldan çıxmalı olduqlarını bildirir. 

Rusiya nümayəndə heyətindən kimsə çaşqınlıqla narazılıq edir: “Biz bura niyə gəldik? Siz vaxtında xəbərdarlıq etməli idiniz...” 

Şimali Koreya rəsmisi "Əvvəlcə bizim rəhbərliyimiz  daxil olacaq", - deyə cavab verir.

Bu sözlərlə canlı yayım kəsilir, ardınca boş zal göstərilir.

“AzPolitika.info”

Fikirlər