Rusiyada 150 mindən çox vətəndaş öz doğma yurdlarından qaçqın düşdü...-RƏSMİ

Rusiyada 150 mindən çox vətəndaş öz doğma yurdlarından qaçqın düşdü...-RƏSMİ

Kursk vilayətində 150 ​​mindən çox insan “təhlükəsiz bölgələrə köçürülüb”. 
 
Moderator.az "Meduza" nəşrinə istinadla xəbər verir ki,  Rusiyanın rəsmi "TASS" agentliyi Kursk vilayətinin başçısı  Aleksey Smirnov bu informasiyanı sentyabrın 11-də Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin yekun kollegiyasında təqdim edib.
 
Avqustun 22-də Kursk vilayətinin başçısı Rusiya Federasiyasının Prezidenti ilə görüşdə bildirib ki, ümumilikdə “köçürmə və evakuasiya zonası”na 152 minə yaxın insanın yaşadığı ərazilər daxildir. Smirnovun sözlərinə görə, həmin an evakuasiya elan edilmiş ərazilərdə 19 mindən çox insan qalıb. Qalanları köçüb.
 
Eyni zamanda, avqustun 12-də Smirnov Rusiya Federasiyasının prezidenti ilə görüşdə bölgənin sərhədyanı rayonlarını 121 minə yaxın sakinin tərk etdiyini, ümumilikdə 180 min insanın təxliyə  edilməli olduğunu bildirib.
 
Rəsmi açıqlamalara görə, Kursk vilayətinin sərhədyanı rayonlarının sakinlərinin əksəriyyəti özləri müstəqil olaraq yaşamaq üçün yer tapıblar. Belə ki, sentyabrın 6-da Fövqəladə Hallar Nazirliyi Rusiyanın müxtəlif regionlarında yerləşdirilən müvəqqəti məskunlaşma mərkəzlərində cəmi 11,5 min nəfərin olduğunu bildirib.
 
P.S....






Fikirlər