Rusiyada sərnişin TƏYYARƏSİ qəzaya uğrayıb: 61 ölü (YENİLƏNİB)

Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb: 61 ölü (YENİLƏNİB)

Dəqiqləşdirilmiş məlumata əsasən, Rostov-na-Donu şəhərində qəzaya uğrayan “flydubai” aviaşirkətinə məxsus təyyarədə ekipaj üzvləri daxil olmaqla 61 nəfər olub.

 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rostov vilayəti fövqəladə xidmət orqanlarında bildiriblər.
 
Qeyd olunur ki, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib. İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud  pis hava şəraiti olub. Qəzaya uğramış təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə əcnəbilər olub.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, aviaqəzada Rostov vilayətinin qanunverici orqanının deputatı İqor Pakus və onun həyat yoldaşı həlak olublar.
 
 
Игорь Пакус
 
***
Dubaydan Rostov-na-Donu şəhərinə uçan sərnişin təyyarəsi pis görüntü şəraitində eniş edərkən qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə regionun fövqəladə xidmət orqanlarına istinadən RİA "Novosti" məlumat yayıb.
"İlkin olaraq "Boeing-737" pis görüntü şəraitində uçuş-enmə zolağından 50-100 metr kənara düşüb. Sərnişinlərin və heyət üzvlərinin aqibəti müəyyənləşdirilir", - deyə mənbə bildirib.
Təyyarə "Fly Dubai" aviaşirkətinə məxsus olub. Eniş zamanı partlayış baş verib. Hava gəmisində 59 sərnişinin olduğu bildirilir. Hazırda hava limanı bağlanıb.
APA-nın məlumatına görə, ekipaj üzvləri ilə birlikdə 61 nəfər ölüb.

AzerTaym.az






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi