ƏRDOĞANIN -"ƏLİ FƏLƏSTİNLİLƏRİN QANINA BATIB" sözünə NETANYAHUDAN SƏRT CAVAB - FOTO
İsrailin baş naziri Benyamin Netanyahu onu fələstinlilərə qarşı hərbi cinayət siyasəti yürütməkdə ittiham edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsi Twitter hesabından ivrit dilində cavab verib. AzerTaym.az Sputnik Türkiyə-yə istinadla xəbər verir ki, Ərdoğanın "Netanyahunun əli fələstinlilərin qanına batıb və o, Türkiyəyə qarşı qalxmaqla bu cinayətləri ört-basdır edə bilməyəcək" sözlərinə cavab verən yəhudi baş nazir Twitter-də yazıb: "Kiprin şimalının işğalını davam etdirmək üçün yüzlərlə hərbçi göndərən, Suriyanı işğal edən şəxs özümüzü HƏMAS-ın hücumlarından qoruduğumuz zamanlarda bizə nəsihət verə bilməz. Əlində Suriya kürdlərin qanı olan bizə hərbi etika barədə nitq söyləyəcək axırıncı şəxsdir".