19.02.2014. - “Yanukoviçin əli qana batıb”-İsveçli nazir

19.02.2014. -   “Yanukoviçin əli qana batıb”-İsveçli nazirUkraynada onlarla adamın həlak olduğu qanlı toqquşmalardan sonra prezident Viktor Yanukoviç beynəlxalq legitimliyini sürətlə itirməkdədir.

AzerTaym.az saytı xəbər verir ki, İsveçin xarici işlər naziri Karl Bildt özünün Twitter səhifəsində Ukraynada onlarla adamın həlak olmasına görə məsuliyyəti birbaşa prezident Viktor Yanukoviçin daşıdığını yazıb.

“Birbaşa demək lazımdır: Kiyevdəki ölümlərə və zorakılığa görə məsuliyyət tamamilə prezident Yanukoviçin çiyinlərindədir. Onun əlləri qana batıb” - deyə nazir bildirib.

ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payet də prezident Yanukoviçin ölkədə baş verənlərə görə məsuliyyət daşıdığını bildirib. Səfir bəyan edib ki, ABŞ-ın mövqeyinə görə zorakılıqlara və qətllərə görə prezident məsuliyyət daşıyır.

“Freedom House” beynəlxalq insan haqları təşkilatı da Ukrayna prezidentinin legitimliyini itirdiyini, ABŞ və Avropa İttifaqının ona qarşı təcili sanksiyalar tətbiq etməli olduğunu bildirib.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi