Katalonlar müstəqilliyə "HƏ" dedilər - İlkin NƏTİCƏLƏR
İspaniyanın Kataloniya bölgəsində müstəqilliklə bağlı keçirilən referendumun ilkin nəticələri açıqlanıb.
Nəticələrə əsasən katolonların 90 faizi müstəqilliyə səs veriblər.
Məlumata görə, müsadirə olunan bülletenlər xaric 2 milyon 262 min 424 seçicidən 2 milyon 20 min 144 nəfəri müstəqillik tərəfdarı olduğunu bildirib. 176 min 566 seçici müstəqilliyin əleyhinə səs verib. 45 min 586 bülleten boş, 20 min 129 bülleten isə etibarsız hesab olunub.
Qeyd edək ki, Kataloniyada polislə referendum tərəfdarları arasında qarşıdurmalar olub. Baş verən qarşıdurmalar zamanı 761 nəfər xəsarət alıb. AzerTaym.az