CEKİ CANDAN azərbaycanlı MƏŞHURA HƏDİYYƏ (FOTO)

Ceki Çandan azərbaycanlı məşhura hədiyyə (FOTO)

"Azərbaycanlı Çaplin” kimi tanınan sirk ustası Üzeyir Novruzov dünya şöhrətli çinli aktyor Ceki Çanla görüşüb.
AzerTaym kult.az-a istinadən xəbər verir ki, Ceki Çan sirk ustasına özünün adı yazılmış xüsusi emblemi hədiyyə edib. Aktyorla birgə çəkilmiş fotolarını şəxsi İnstaqram hesabında paylaşan Ü.Novruzov görüş barədə təəssüratını yazıb:
"Əfsanəvi qəhrəmanla görüşmək və ondan hədiyyə almaq çox xoş bir sürpriz oldu”.
Qeyd edək ki, Üzeyir Novruzov ABŞ-ın "America’s Got Talent” yarışmasında 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.






Fikirlər