04.04.2014. - Daha bir həmyerlimiz “maqnit adam” oldu (VİDEO)

04.04.2014. -  Daha bir həmyerlimiz “maqnit adam” oldu (VİDEO)İsmayıl Kazımov bədənində 160 kiloqram dəmir əşyanı saxlaya bilir.

Gürcüstanda yaşayan daha bir azərbaycanlı qeyri-adi bacarığı ilə diqqəti cəlb edib.

AzerTaym.az ANS-ə istinadən xəbər verir ki, Dmanisi rayonunun Yırğançay kəndinin sakini 42 yaşlı İsmayıl Kazımov adlı soydaşımızın qeyri-adi gücə - bioenerjiyə malik olduğu üzə çıxıb. İsmayıl Kazımov bədənində 160 kiloqram dəmir əşyanı saxlaya bilir.

Bu bacarığını bir neçə ay əvvəl təsadüf nəticəsində kəşf etdiyini deyən İsmayıl Kazımov məqsədinin Ginnesin rekordlar kitabına düşmək olduğunu bildirib. O, həmçinin bu bacarığını daha da inkişaf etdirərək, böyük uğurlara imza atmaq istədiyini vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Kvemo Kartli-Borçalı bölgəsinin Tetrisxaro (Ağbulaq) rayonundakı Kosalar kənd sakini, “maqnit adam” adı ilə məşhur olan Etibar Budaqlı Ginnesin rekordlar kitabına düşüb.







Fikirlər