Erməni terrorçularına "ÜÇ TƏPƏ" kəşfiyyat qrupunun üzvlərindən — CAVAB

Erməni terrorçularına "Üç Təpə" kəşfiyyat qrupunun üzvlərindən — CAVAB

Bir qrup keçmiş erməni döyüşçüsü bəyanat verərək döyüşün başlaması ilə bağlı Azərbaycana hədə-qorxu gəlib.

Buna cavab olaraq "Üç Təpə" keçmiş azərbaycanlı döyüşçülər, veteran kəşfiyyatçılar klubunun üzvləri Yaqub Nəhmətov, Xəlil Dadaşov, Nuru Abdullayev, İntiqam Məmmədov, Ceyhun Qafarov və başqaları birgə bəyanatla çıxış ediblər.

Ölkə.Az həmin bəyanatı sizə təqdim edir:

"Dörd günlük aprel döyüşlərinin əks-sədası səngimək bilmir. Müharibəni davam etdirmək tələbi indi siyasətçilərdən çox Birinci Qarabağ müharibəsinin iştirakçılarından gəlir. Erməni tərəfi öz mövqelərinin itirilməsi ilə barışa bilmir, Azərbaycan tərəfi isə hücumun davam etdirilməməsi ilə razılaşmayaraq bütün torpaqların azad edilməsini istəyir. Əgər erməni tərəfindən bunun üçün 1000 nəfər yığılırsa, Azərbaycanda müharibənin davam etdirilməsini istəyənlərin sayı on minlərlədir.

Sülhə çağırışların çoxaldığı bir vaxtda erməni veteranların savaş tələbi lazımi mövqeyə çıxmağı ləngidir və hər şeyə nəzarət etmək imkanını minimuma endirir.

Prezidentlərin görüşündə erməni tərəfinin əsas tələbi ilk atəşin kim tərəfindən açılmasını araşdıracaq komissiyasının yaradılması və təmas xəttində nəzarət cihazlarının yerləşdirilməsi olmuşdur. Məgər görsənmir ki, yeni döyüşlərin başlanmasını tələb edən, sülh prosesini ləngidən kimlərdir? Məğlubiyyətləri ilə barışa bilməyənlər yeni döyüşlər istədiklərini açıq-aşkar bəyan edirlər.

Dünən mətbuatda erməni veteranları Q. Çukasyan, V. Avetisyan, A. Lambaryan və başqa erməni terrorçularının müharibə istədikləri barədə bəyanatlarını oxuduq. Bizim müharibə veteranları-kəşfiyyatçılar kimi onlara bir neçə kəlmə sözümüz var.

Zaman başqadır, insanlar da dəyişmişdir. Ola bilsin ki, siz Ermənistandan Qarabağa gedən yolu öyrənə bilmisiniz, amma bu heç də o demək deyil ki, siz həmişə bu yolu gedəcəksiniz. Siz reallıqdan uzaq düşərək əks tərəfdən gələ biləcək qüvvəni görsəniz də buna inanmaq istəmirsiniz. Çox təəssüf!

Azərbaycan artıq çoxdan sizin gördüyünüz və eşitdiyiniz bir dövlət deyildir. O, yenidən doğulmuşdur və onunla savaşmaq sizə çox çətin olacaqdır. Sakitləşin, öz erməni acgözlüyünüzdən və başqalarına qarşı nifrətdən uzaqlaşın. Dünya sizin ağlaşmalarınızı və yalanlarınızı artıq eşitmək istəmir. Oturun evlərinizdə, uşaqlarınızı böyüdün. Onlara bunu da deməyi unutmayın ki, Azərbaycansız yaşaya bilməzsiniz. Baxmayaraq ki, arada qışqıraraq onlara hədə-qorxu gəlmək istəyirik. Bunları elə-belə, özümüzə təsəlli vermək üçün edirik. Bir də övladlarınıza Azərbaycan dilini öyrədin, bu tezliklə hamınıza lazım olacaq. Yox, əgər şeytan sizin ağlınızı almış və sizi savaşa sürükləyirsə, bunun da cavabını alacaqsınız. Nəticədə Allahın qəzəbinə düçar olacaq və yer üzündən birdəfəlik silinəcəksiniz!"

Anons: "Üç Təpə" veteran kəşfiyyatçılar klubunun üzvlərinin keçdiyi döyüş yolu barədə yaxın günlərdə Ölkə.Az-da silsilə reportajlar dərc olunucaq. Oxumağı unutmayın.

 

 






Fikirlər