Sumqayıtda partlayış: 1 nəfər dağıntılar altında öldü

Oktyabrın 4-də səhərə yaxın Sumqayıt şəhərində qaz sızması nəticəsində partlayış baş verib. 

 AzerTaym.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 1 nəfər dağıntılar altında qalıb. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bu məlumat daxil olan kimi Sumqayıt Regional Mərkəzi üzrə xilasedicilər hadisə yerinə cəlb olunublae. Xilasedicilər dağıntılar altında qalmış 1936-cı il təvəllüdlü Fərzəliyev Sadəddin Mustafa oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 04:14-də başa çatıb.






Fikirlər