Nazirdən yeni rəis TƏYİNATLARI

Azərbaycanda yeni yaradılan regional mədəniyyət idarələrinə rəis təyinatları olub

AzerTaym.az xəbər verir ki, bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. 

Nazirlikdən qeyd edilib ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmrlərinə əsasən, Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Mehman Şükürov Sumqayıt Mədəniyyət və Turizm Baş İdarəsinin, Nazim Ağayev Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin, Elnur Hüseynov İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin, Mirvari Zeynalova Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin, Elman Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin ediliblər.






Fikirlər