Norveçli diplomat ADU-da

Fevralın 17-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun təşkilatçılığı ilə “Fiziki məhdudiyyətli insanlar üçün yaradılmış imkanlar və onların üzləşdiyi çətinliklər. İnklüziv təhsil” mövzusunda dəyirmi masa keçirilib.

 Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru,professor Jalə Qəribova dəyirmi masanın fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası mövzusuna həsr edildiyini diqqətə çatdıraraq, belə əhəmiyyətli mövzunun müzakirəsinə qatılan hər kəsə təşəkkürünü bildirib. İnklüziv təhsilin Azərbaycan təhsilinin prioritet məsələlərindən olduğunu qeyd edən prorektor bu mövzu ətrafında universitetdə silsilə tədbirlər keçirildiyini sözlərinə əlavə edib. O, ADU-nun beynəlxalq əlaqələr üzrəprorektorluğu tərəfindən hazırlanan “Çərçivədən kənar” jurnalı haqqında danışaraq, onun cəmiyyətin inkişafına yönələn ideyalar ətrafında birləşdiyini və əsasən gənclər tərəfindən tərtib edildiyini nəzərə çatdırıb.

 Dəvətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən Norveç səfirinin köməkçisi Kerstin Vahlberqinklüziv təhsilin mahiyyətindən, onun Norveçdə necə həyata keçirilməsindən, sağlamlığını itirən insanlar üçün yaradılan imkanlardan bəhs edib. Norveçdə fiziki məhdudiyyətli insanların cəmiyyətə qazandırılması haqqında danışan səfir köməkçisi ölkəsində fiziki məhdudiyyətli insanlarla bağlı qanun olduğunu da bildirib.

 Azərbaycan Respublikasının Təhsil İnstitutunun İnklüziv təhsil şöbəsinin böyük elmi işçisi Fərid Süleymanov, İqtisad Universitetinin inklüziv təhsil üzrə koordinatoru Sevinc Məsimova,  Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzinin koordinatoru Rima Məmmədova “İnklüziv təhsilin fəlsəfəsi”, “İnklüziv tədbirin təşəkkülü”, “İnklüziv təhsil ilə əlaqədar problemlər”, “Salamanka Bəyannaməsinin rəhbər prinsipləri”, “Keyfiyyətli inklüziv təhsili mümkün edən amillər”, “Ali təhsil müəssisələrində təhsil alan əlilliyi olan tələbələrin statistik sayı”, “ESFİDİP- Tempus layihəsi” və digər mövzularda təqdimatla çıxış edib, Əlillərin Cəmiyyətə İnteqrasiyası Birliyinin sədri Ramilə Mahmudova, AMEA Hüquq və İnsan Haqları institutunun baş elmi işçisi Mayis Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi Turan Süleymanov isəadıçəkilən mövzular haqqında məlumatlar verib. Dəyirmi masada, həmçinin sağlamlığını itirən insanları cəmiyyətə qazandırmağın ilk yolunun ailədən keçdiyi də qeyd edilib.

 Daha sonra sağlamlığını itirən insanları həyata qazandırmaqda cəmiyyətinrolundan danışan Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Anar Xələfovonların bacarıqlarından, gələcəkdəki əmək fəaliyyətlərindən söz açıb.

Yaratdığı “Qüsursuz sevgi” adlı təşkilatdan danışanRabitə və Nəqliyyat Kollecinin tələbəsi, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiyası Mərkəzinin könüllüsü Sərxan Adıgözəlov sağlamlığını itirən insanların kompleksləri və cəmiyyətdə onlara qarşı olan fikirləri dilə gətirib.

Sonda mövzu ətrafında təkliflər irəli sürülüb, müzakirələr aparılıb.

AzerTaym.az






Fikirlər