Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlər KEÇİRƏCƏK

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlər keçirəcək

Gürcüstan, Azərbaycan və Türkiyə arasında növbəti birgə hərbi təlimlər keçiriləcək.

AzerTaym.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, hərbi təlimlər iyunun 4-14-dək Gürcüstanda baş tutacaq.

Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, “Qafqaz qartalı” adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək.

Təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır.

Qeyd edək ki, bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib.

Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib.

Qeyd edək ki, Türkiyə mediasının verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu nəzərdə tutan qanunu imzalayıb.






Fikirlər