Corctaun Universitetinin professoru ADU-da MÜHAZİRƏ OXUYUB

 

Aprelin 18-də Corctaun Universitetinin professoru Sam Potolicchio Azərbaycan Dillər Universitetinin (ADU) SABAH qruplarında təhsil alan tələbələrə “Yaradıcı düşüncə” mövzusunda mühazirə oxuyub.

Sam Potolicchio insanların əqli düşüncə və fiziki bacarıqlarını doğru istifadə etməsi nəticəsində daha məhsuldar və keyfiyyətli həyat tərzi qura biləcəklərini söyləyib. Eyni zamanda asudə vaxtda səmərəli fəaliyyətlə məşğul olmağın zehnivəyaradıcı düşüncənininkişafına səbəb olduğunu da sözlərinə əlavə edib.

Mühazirə tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.

Qeyd edək ki, S.Potolicchio ABŞ-ın Corctaun Universitetinin Qlobal Səfər Tələbə Proqramının akademik rəhbəridir.

AzerTaym.az






Fikirlər