Köməkçisindən Rövşən Nəcəfə əks həmlə (?)

Köməkçisindən Rövşən Nəcəfə əks həmlə (?)

Ötən ilin sentyabr ayında “Neftçi”nin idman direktoru təyin olunan Yens Andersson dünən “qarşılıqlı razılaşma əsasında” klubdan göndərildi.
 
İsveçli mütəxəssisin bu müddətdə ciddi heç bir məsələ ilə yadda qalmadığı dəqiqdir. Azsaylı açıqlamalarında da əsasən, klubun tikinti işlərindən söhbət açmağı ilə yadda qaldığı üçün tərəfdarlardan “mühəndis” ləqəbi də almışdı.
 
Pis günləri davam edən “Neftçi”də baş məşqçi dəyişikliyi – Roman Qriqorçuka olan inam da özünü doğrultmur. Yayda baş icraçı direktor Fərrux Mahmudov və bir neçə irili-xırdalı kadr dəyişikliyi də olub.
 
İndi Anderssonun gedişi… Sonra?
 
Güman ki, “Neftçi”də qarışıqlıq asan həll olunmayacaq. Yəni rəhbər Cenk Sümerin də hələ media, ictimaiyyət önünə çıxdığını görməmişik, onun yeni idarəçi kimi ideyaları, planları, böhrandan çıxış yolları haqda fikirləri – heç nə məlum deyil.
 
Klubda müxtəlif qüvvələr var və maraqlar uzlaşmır. Qarışıqlıq o qədər dərindir ki, isveçlini böyük iddialarla bura gətirən Rövşən Nəcəfi Müşahidə Şurasında əvəz edən Hafiz Zeynalov indi onun göndərilməsinə qərar verir. Klubda başqa uğursuz və lazımsız fiqurlar olsa da, Hafiz bəyin məhz Anderssonu ixtisara salması Rövşən Nəcəfin uğursuz bahalı seçim etdiyi qənaətini formalaşdırır.
 
Zeynalov həmçinin SOCAR-ın İşlər İdarəsinin müdiri, eyni zamanda Rövşən Nəcəfin köməkçisidir. O, bu vəzifəyə İqtisadi İnkişaf Nazirliyindən gəlib. /futbolpress.az/

 






Fikirlər