Azərbaycana it-pişik idxal edilir - RƏSMİ

Bu ilin ilk 3 ayında Azərbaycana xaricdən 445 baş damazlıq heyvan gətirilib”.

 Bu haqda Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

 Y.Xanvəli qeyd edib ki, bu il Azərbaycana diri at və uzunqulaq idxal olunmayıb:

Kəsim üçün gətirilən heyvanlar 15 min 374 baş, kəsim üçün gətirilən xırdabuynuzlu heyvanlar 858 başdır. Eyni zamanda, 640050 baş bir günlük cücələr idxal edilib. Diri quşların sayı 30 000-dir. Bu ilin ilk 3 ayı ərzində Azərbaycana diri at və eşşək idxal edilməyib”.

 DBX rəsmisi deyib ki, ötən il ölkəyə gətirilən damazlıq heyvan 1722 baş olub:

 “Kəsim üçün  23 765 baş, ümumilikdə gətirilən iribuynuzlu heyvanların sayı 28 487 baş olub. Ümumilikdə 67 525 baş xıdabuynuzlu heyvan gətirilib ki, onlardan 25-i damazlıq üçün, 67500-ü kəsim üçün idi”.

 Y.Xanvəlinin sözlərinə görə, ölkəyə həm də it və pişik idxal edilib:

Ötən il Azərbaycana 5 baş at gətirilib. İdxal edilən diri heyvanlar arasında eşşək yoxdur. Bundan başqa 342 arı ailəsi, 1645 ana arı gətirilib. 154 baş it və pişik balası gətirilib. Birgünlük cücələrin sayı 2 864 729-dur”.'

'AzerTaym.az'' 

 






Fikirlər