FHN əməkdaşı kimi təqdim olunan adamın avtomobil kolleksiyası üzə çıxdı FOTO

FHN əməkdaşı kimi təqdim olunan adamın avtomobil kolleksiyası üzə çıxdı FOTO

Binəqədi rayonunun “Vorovski” adlanan ərazisində fərdi tikintidə işləmiş fəhlələr redaksiyamıza müraciət edərək pullarının verilmədiyini bildirib.

Əməkdaşımız şikayətçilərin bir qismi ilə görüşüb. Məsələnin detallarını öyrənməyə çalışıb.
“Polis Bölməsində bizə kömək etməyə söz verdilər, sonradan nədənsə çəkindilər”
Zülfüqar Mirzəyev adlı fəhlənin dedikləri: “Briqadir kimi Ruhulla Salmanov bizə bildirdi ki, “İmam Əli” məscidinin yanında fərdi ev tikilir. Hörmətli bir adamdır. Beton işlərini görmək lazımdır. Biz 9 nəfər razılaşıb işə başladıq. Həmin ərazidə işin sahibi kimi Valeh adlı şəxs bildirilsə də, ora tez-tez onun qaynları Ziya və Camal gəlirdi. Tikintinin əsl sahibinin Ziya olduğu bilinirdi. Danışıqlar zamanı Fövqaladə Hallar Nazirliyinin əməkdaşı olması tez-tez qeyd edilirdi. Biz işi təhvil verdikdən sonra pullarımızın ödənilməsi yubandı. Həm Valehlə, həm də Ziya ilə danışıqlarımız səmərə vermədi. Bizə çatacaq 2000 manata yaxın pulu verməkdən imtina edirdilər. Məcbur qalıb DİN-in 102 xidmətinə müraciət etdik. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağrılıb izahatımızı aldılar. Əvvəlcə bölmədə bizə kömək edəçəkləri bildirilsə də, Ziya ora gələndən sonra vəziyyət dəyişdi, nədənsə çəkindilər. Bizim şikayətlə maraqlanan olmadı. Bundan sonra bizim pulu ödəmək bir yana, bizə böhdan da atmağa başladılar. Guya beton işlərini yerinə yetirmək üçün taxta və “DİK”-ləri oğurlamışıq. Halbuki həmin ərazidə xeyli kameralar var. 6 metr uzunluğunda olan taxtanı, 1.5X1.5 ölçüdə olan “DİK”-i oradan aparılsa idi mütləq görən olardı”.
“Fəhlənin 40 dərəcə istidə işlədiyi pulu vermək istəmir…”
Əlisahib Cəfərov adlı fəhlə bildirir ki, zəhmət haqqımızı almaq üçün demək olar ki, hər gün həmin əraziyə gəlirik. Bizdən sonra hörgü işlərini də ayrı bir briqadaya gördürüb, onların da pullarını veerməyiblər. “Biz özümüzdə fikirləşdik ki, görəsən bu adam kimə arxayındır ki, fəhlənin 35-40 dərəcədə tərk tökərək işlədiyi pulu vermək istəmir. Hər dəfə tikintiyə gələndə Ziya və qardaşı müxtəlif markalı bahalı maşınlarda gəlirdilər. Hamısının nömrəsi də 331 ilə bitirdi. Feysbukda təsadüfən həmin adamı gördüm. Məlum oldu ki, bu adam Ziya Hüseynov (https://www.facebook.com/ziya.huseynov.5458?ref=br_rs) adlı şəxsdir. Qardaşı isə Camal Hüseynzadə(https://www.facebook.com/jamal.huseynzade?fref=ts) adı ilə sosial şəbəkədən istifadə edir. Elə iş yerinə gəldikləri bahalı avtomobillərin bir neçəsini də feysbukda reklam ediblər”,-deyə şikayətçi bildirib. Əlisahib Cəfərov Hüseynov qardaşlarının feysbuk profillərinin linklərini və avtomobil kolleksiyalarına daxil olan maşınların şəkillərini də əməkdaşımıza təqdim edib.
FHN əməkdaşı kimi təqdim olunan adamın avtomobil kolleksiyası üzə çıxdı FOTO
FHN əməkdaşı kimi təqdim olunan adamın avtomobil kolleksiyası üzə çıxdı FOTO
FHN əməkdaşı kimi təqdim olunan adamın avtomobil kolleksiyası üzə çıxdı FOTO
İşçinin pulunu verməyən məmur onları hədələdi
Məsələ ilə bağlı Ziya Hüseynovla əlaqə saxladıq. Fəhlələrin pullarını verməməsini təsdiqlədi. Bunu onunla izah etdi ki, mənim 700 mnatlıq taxta və “DİK”-imi oğurlayıblar. Şəhərdə deyiləm qayıdıb onlarla ayrı cür danışacağını bildirdi. “Əgər oğurluq olmuşdusa niyə vaxtında hüquq mühafizə orqanlarına müraciət etmədiniz?” sualımıza cavab verə bilmədi. Fövqaladə Hallar Nazirliyində işləməsinə aydınlıq gətirməsə də 331 nömrə nişanı ilə bitən avtomobillərin onlara aid olmasını təkzib etmədi. “331-lər də mənimdir, 555-lər də, hələ 001 də, kimə nə dəxli var? Onlara de kimə istəyir şikayət etsin, istəyir “Azadlıq”a yox, lap prezidentə şikayət etsinlər”,-deyə Ziya Hüseynov telefonda bildirib.
FHN əməkdaşı kimi təqdim olunan adamın avtomobil kolleksiyası üzə çıxdı FOTO
FHN əməkdaşı kimi təqdim olunan adamın avtomobil kolleksiyası üzə çıxdı FOTO
 






Fikirlər