BAL yarmarkasında 8 MİN MANATA BALl satılır (FOTOLAR)

Bal yarmarkasında 8 min manata bal satılır

Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası fəaliyyətə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər il paytaxt sakinlərini arıçılıq məhsulları ilə təmin etmək məqsədi ilə Bakı şəhərində sərgi-satış yarmarkası keçirir. “Xətai” metrosunun yaxınlığında yerləşən, AMAY şirkətinin “Xətai” ticarət mərkəzində fəaliyyət göstərən yarmarka oktyabrın 10-dan başlayıb noyabrın 5-nə qədər davam edəcək.

Yarmarkada 336 arıçı iştirak edir və satışa 107 500 kq süzülmüş bal, 5 500 kq şanı balı, 200 kq güləm bal, 850 kq çiçək tozu, 35 kq arı südü çıxarılıb. Bu da ötən illə müqayisədə daha çox məhsulun satışa təqdim edilməsi deməkdir. Belə ki, 2016-cı ildə yarmarkada 8 iqtisadi rayon üzrə 254 arıçı iştirak edirdi və 71 ton 700 kiloqram bal satışa çıxarılmışdı. Maraqlıdır, bazardakı bolluq qiymətlərə təsir göstəribmi? Sərgi-satrış yarmarkasında olub, vəziyyəti araşdırdıq.

Yarmakada balın 1 kilosunun qiyməti 25 manatdan başlayır. Ən bahalı bal “Vəhşi bal”dır, onun qiyməti isə 80 manatdan başlayır. Balakən rayonundan gələrən arıçı İlqar Məmmədov deyir ki, o uşaqlıqdan arıçılıqla məşğuldur: “Hər il keçirilən keçirilən bal yarmarkasında iştirak edirəm. Bu il yarmarkaya 430 kq süzülmüş bal, 140 kq şanı bal gətirmişəm. Vəhşi balın qiyməti 80 manatdan başlayır. Mən arıçıqlıqla məşğul olmaqla yanaşı dülgər sənəti ilə də məşğulam. Suvenirlər hazırlamışam. Onların içində də vəhşi bal var. “Boranı” suvenirinin içində 3 kq bal var. Qiyməti 300 manatdır. “Dibçək” suvenirin içində isə 40 kq bal var. Qiyməti 6-8 min manata arasında dəyişir.

Əvvəla, nəzərə çatdıraq ki, satış pavilyonunda yerlər iqtisadi rayonlar üzrə püşkatma yolu ilə təyin olunub. Bu il Lənkərandan olan arıçılar üstünlük təşkil edir. Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, bu il həmin bölgədən yarmarkaya 106 arıçı gəlib. İsmayıllıdan olan arıçılar məhsulu 20-25 manata təklif etdiyini dedilər.

Satıcılar yarmarkanın son günlərində balın qiymətində endirim etməyə həvəsli olmadıqlarını dedilər. Bunu da xərclərinin artması ilə izah edirlər. O ki qaldı məhsulun keyfiyyətinə, yarmarkadan alınan balın keyfiyyətini anında yoxlamaq imkanı yaradılıb. Belə ki, xüsusi quraşdırılmış laboratoriyada alınan balı sınaqdan keçirmək mümkündür.

Qeyd edək ki, bal ən faydalı və əvəzsiz məhsullardan biri sayılır. Məhz zəngin tərkibinə görə onu min bir dərdin dərmanı adlandırırlar. Belə ki, bal dəmirlə çox zəngindir. Həm müalicəvi, həm də kosmetik vasitə kimi istifadə olunan istənilən balı yarmarkadan almaq olar.

Xatırladaq ki, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov etiraf edib ki, cari ildə də yarmarkaya saxta bal çıxarılması halları var: “Bu il ballardan 3 400 nümunə götürülüb ki, onun da 509-u standartlara uyğun olmadığı üçün satışdan çıxarılıb. Bu isə təxminən 22,5 ton süzülmüş bal deməkdir”.

S.Talıbovun sözlərinə görə, bu il may ayının isti keçməsi arıçılığa mənfi təsir edib: “May ayından sonra ölkəmizdə quraqlıq oldu. Təbii ki, bu da arıçılıq məhsullarının həcminə və keyfiyyətinə təsir etdi”.

Qeyd edək ki, yarmarka Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) keçirilir və noyabrın 5-nə qədər davam edəcək.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi