"Azərbaycanı məhrum etmək istəyirlər " - SƏMƏD SEYİDOV

"Azərbaycanı bu məkandan məhrum etmək istəyirlər" - Səməd Seyidov

"Azərbaycan nümayəndə heyəti Avropa Şurasının sessiyasında aktiv olub və Azərbaycan maraqlarını yüksək səviyyədə müdafiə etməsi yadda qaldı. Amma bu sessiya bizim üçün asan olmayıb. Buna səbəb yalnız Azərbaycanla bağlı bir neçə sənədin hazırlanması ilə bağlı deyil. Sessiyanın bir neçə günü Azərbaycana həsr olundu. Azərbaycan məsələsi Avropa Şurasının plenar iclası ilə yanaşı komitə və qruplar da müzakirə edilib. Azərbaycan məsələsinin nəyə görə gündəliyə gətirilməsi bizim üçün tam aydındır. Avropa Şurası daxilində gedən proseslər ona dəlalət edir ki, bu qurum hansısa ölkəni hədəf taparaq öz problemlərini həll etməyə çalışır. Heç kəs inkar etmir ki, ölkə içində müəyyən problemlər mövcuddur. Xüsusilə monitorinq altında olan öllkələr. Belə ölkələrin sayı ondan az deyil. Amma hamısı bir kənara qoyulur və Azərbaycanın üzərinə düşülür”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, Azərbaycanla bağlı qətnamə qəbul edənlərin arasında ölkəmizə nifrət edən deputatlar da olub: "Məsələn, cənab Kristofer Ştrasser və digərləri. Belə deputatlar Azərbaycanı hədəf seçərək qeyri obyektiv çıxış edirdi".

Səməd Seyidov qeyd edib ki, Avropa Şurası Azərbaycan üçün vacib təşkilat, beynəlxalq tribuna və məkandır:

“Hesab edirəm ki, məhz bu məkandan Azərbaycanı məhrum etmək istəyirlər. Bu səbəbdən də bizim düşmənlərimiz aktiv fəaliyyətdə olublar. İclaslar zamanı çıxış edən şəxslər qəbul edilən sənədlərə elə əlavələr təklif edirdilər ki, onlar ümumiyyətlə həiqəti əks etdirmirdi. Təəssüflər olsun ki, erməni lobbisinin dəstəyi ilə bu təkliflərin müəyyən hissəsi qəbul edilib. Avropa Şurası baş katibi Yaqland insan haqları aliliyi amilindən istifadə edərək Azərbaycana təzyiqlər edir. Bir milyondan çox qaçqının olan ölkəyə belə təzyiq ədalətsizlikdir. Avropa Şurasında olan sağlam qüvvələr də bu şəxslərin girovuna çevrilib”.

Komitə sədri iki məqamın üzərində xüsusilə durub:

“Birincisi, Ukraynadan olan deputatların Azərbaycan əleyhinə olan qətnaməyə səs veriblər. Azərbaycan-Ukrayna münasibətləri inkişaf mərhələsini yaşayır. Bizim əleyhiməz səs verən ukraynalı deputatlar elə Ukraynanın əleyhinə də səs vermələri ilə tanınırlar. Prezident Paraşenkonun partiyasını çıxmaq şərti ilə digər partiyadan olan deputatlar bizim əleyhimizə səs veriblər.

İkincisi, Türkiyədən olan heyətin daxilində ki, bəzi deputatların Azərbaycan əleyhinə olan sənədə səs verməsidir. Azərbaycan-Türkiyə nümayəndə heyətləri daima birgə fəaliyyət göstərib. O ki, qaldı bir neçə deputatın başqa istiqamətdə səs verməsi, bu mənzərəyə təsir etməyəcək. Bizim əlaqələrimiz möhkəmdir və bu münasibətləri heç bir qüvvə poza bilməz”.

S.Seyidov qeyd edib ki, nümayəndə heyəti 16 ildir AŞ-da fəaliyyət göstərir:

“Nümayəndə heyətinin üzvləri artıq konmitə sədrləri, məruzəçilər, akt komitə rəhbərləri, ölkələr üzrə məruzəçilərdir. Onlar öz çıxışlarında Azərbaycanın Qarabağ problemini qaldırır və həqiqətləri deyirlər. Bizə olan hücumların bir səbəbi də buna görədir. Biz Avropa Şurası ilə münasibətləri ciddi təhlil etməliyik. Heş bir dövlət özünə təzyiqi qəbul etməz. Avropa Şurası Avropa demək deyil. Avropa məkanı çox böyükdqür. Əlimizdən gələni etməliyik ki, Azərbaycan-Avropa Şurası əlaqələri qarşılıqlı hörmət şəklində davam etsin. Təzyiqlər isə Azərbaycanın uğurlu siyasəti konteksində ölkəmizi istəməyən qüvvələrin işidir”.

Spiker Oqtay Əsədov isə bildirib ki, Ukrayna ilə bağlı deyilənlərlə razılaşmaq olar: “Ancaq digər məsələdə iqtidar partiyasının deputatları bitərəf qalıb.

AŞ-nın baş katibi Yaqland Azərbaycana düşmən mövqedə durur. Bu yaxınlarda mən Avropa Birliyinə daxil olan 28 dövlətin səfirini qəbul etdi. Onlara da bildirdim ki, əgər Avropa Şurası Azərbayacna qarşı Avropa konvensiyasının 46-cı maddəni tətbiq edərsə, biz Avropa Şurası ilə münasibətlərimizə yenidən baxa bilərik. Bu saat Avropa Məhkəməsinin 10 mindən çox qərarı yerinə yetirilmir, hətta cərimələri də ödəmirlər. Ancaq nədənsə bu dövlətlərlə bağlı bir söz deyilmir. Yaqland 10 min işi kənara ataraq Azərbaycandan yapışıb”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi