Sabahın havası AÇIQLANDI

Sabahın havası açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “AzərTaym”a daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 20-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 70-80,  gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir  güclənəcək. 
Havanın temperaturunun gecə 9-14, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.  






Fikirlər