VİLAYƏT EYVAZOV BU TARİXDƏ MİLLİ MƏCLİSƏ HESABAT VERƏCƏK
Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun Milli Məclisdə hesabat verəcəyi tarix müəyyənləşib. AzerTaym.az -ın məlumatına görə, Milli Koordinator aprelin 24-də Milli Məclisə hesabat verəcək. Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-cı il üzrə illik hesabatı deputatlar qarşısında məruzə olunacaq. Qeyd edək ki, Milli Koordinatorun Milli Məclisə hesabatı aprel 3-də təxirə salınmışdı.