QƏRBİ KASPİ UNİVERSİTETİNDƏ abituriyentlər üçün təlim təşkil edilib
Qərbi Kaspi Universitetində abituriyentlər və onların valideynləri üçün ixtisas seçimi mövzusunda təlim keçirilib. Təlimdə Dövlət İmtahan Mərkəzinin eksperti də iştirak edib. Təlimin birinci panelində abituriyentlərə doğru ixtisas seçimi, ixtisas seçərkən hansı məqamların nəzərə alınmalı olduğu ilə bağlı tövsiyələr verilib, uğurlu ixtisas seçimin və kodlaşdırmanın əhəmiyyətli prinsiplərləri şərh edilib, abituriyentləri maraqlandıran suallar cavablandırılıb. İkinci paneldə isə ixtisaslar və onların gələcək karyera perspektivləri ilə bağlı universitetin ayrı-ayrı fakültələrinin professor-müəllimlərinin təqdimatları olub. Abituriyentlər onları maraqlandıran suallarla bağlı 3 binada fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi”nə müraciət edə bilərlər. Ünvanlar: * Qərbi Kaspi Universiteti Əsas bina Ünvan:Azərbaycan, Bakı, İstiqlaliyyət 27 * Dizayn və Memarlıq Məktəbi Ünvan:Nazim Hacıyev 6 * Qərbi Kaspi Universitetinin Kolleci Ünvan:Cəfər Xəndan küç. 15 B
Qeyd edək ki, Qərbi Kaspi Universitetində Dövlət İmtahan Mərkəzinin “Abituriyent Məsləhət Mərkəzi” fəaliyyət göstərir.
Telefon:+994 12 492 74 18
Telefon:(+994 12) 567 29 35
Telefon:+994 12 5635542