Aliment borcuna görə HƏCCƏ YOLLANA BİLMƏDİ...

Image result for Aliment borcuna görə HƏCCƏ YOLLANA BİLMƏDİ...

Tatarıstan vətəndaşı keçmiş ailəsi ilə bağlı aliment borclarına görə Həcc ziyarətinə yollanmaq imkanından məhrum olub. 

Moderator.az yazır ki, bu haqda “Tatar-inform” agentliyi xəbər yayıb.
Məlumata görə, adı çəkilməyən tatar müsəlmanlardan biri həftənin əvvəlində Həcc səfəri üçün evindən çıxıb yola düşsə də,  sərhəd xidməti tərəfindən saxlanılıb. Buna səbəb onun ödəmədiyi aliment borcları olub. 
Tatarıstan Müsəlmanlarının Ruhani İdarəsində informasiyanı təsdiqləyiblər. “Bu, qanunauyğun bir haldır. Biz həmişə hər kəsə deyirik ki, hər bir müsəlman məsuliyyətli insan olmalıdır. Rusiya Federasiyasının sərhədinə gəlməmişdən öncə kredit, aliment və s. borclarını ödəyib-ödəmədiyini düşünməlidir... Belə problemlərlə Tatarıstanda hər il rastlaşırıq”-deyə Tatarıstan müftisinin müavini Rüstəm həzrət Valiullin bildirib.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi