Hava şəraiti ilə bağlı yaranan fəsadlar aradan qaldırıldı - AZƏRİŞIQ

Hava şəraiti ilə bağlı yaranan fəsadlar aradan qaldırıldı - Azərişıq

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində yaranan fəsadlar aradan qaldırılıb.

"Azərişıq" ASC-dən AzerTaym.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal, Qərb və Cənub Regional Elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub, elektrik verilişi xətlərində "Azərişıq" ASC əməkdaşları qabaqlayıcı tədbirlər görüb, yaranan qısa fasilələri operativ aradan qaldırıblar.

Bakı şəhəri, Binəqədi rayonu Xutor qəsəbəsində yerləşən 97 saylı yarımstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısamüddətli fasilə yaranıb.






Fikirlər