Oqtay Şirəliyevin oğlu vəzifəsindən getdi - YENİ TƏYİNAT...

Oqtay Şirəliyevin oğlu vəzifəsindən getdi - Yeni təyinat

"Azərbaycan Beynəlxalq Bank" ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Murad Şirəliyev işdən çıxıb.
 "AzerTaym.az"-ın unikal.org-a istinadla verdiyi məlumata görə, M.Şirəliyev işdən ayrılmaqla bağlı ərizə yazıb. O, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının 2018-ci il dekabrın 25-də  keçirilən iclasında bu qərarını açıqlayıb. Şuranın həmin  iclasında 2018-ci il üzrə maliyyə göstəricilərinə baxılıb, 2019-cu il üzrə büdcə layihəsi müzakirə edilib və Şuranın səlahiyyətlərinə aid olan bir sıra kredit müraciətlərinə dair qərarlar verilib. 
İclasda Bankın Baş direktoru Vasif Əhmədov İdarə Heyətinə üzv seçilərək İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ABB-nin İH-nin sədr müavini olub. Onun Almaniya şirkəti olan "Solaris GmbH”də direktor vəzifəsinə təyinat aldığı bildirilir.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi