Prezident metropolitenin rəisini işdən ÇIXARDI

Image result for daxili işlər idarəsinin rəisi, general-mayor Nikolay Savçenkonu

Rusiya Prezidenti Vladimir Putin Moskva metropoliteni üzrə daxili işlər idarəsinin rəisi, general-mayor Nikolay Savçenkonu vəzifəsindən azad edib.

 "AzerTaym.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb. Qərarın bir neçə gün əvvəl qəbul olunduğu bildirilir.

 Daxili İşlər Nazirliyinin, İstintaq Komitəsinin, Federal Penitensiar Xidmətin və Fövqəladə Hallar Nazirliyinin bir neçə rəhbərinin də vəzifələrindən azad edildiyi deyilir. Onların arasında Omsk vilayətinin prokuroru Anastas Spiridonov və FPX-in kadrlar şöbəsinin müdiri, polkovnik Aleksandr Piroqov da var.






Fikirlər