“UTANIN! Ayıbdır axı. Ya HAMI bu qaydalara ƏMƏL etsin…”

“Utanın! Ayıbdır axı. Ya hamı bu qaydalara əməl etsin…” 

Başa düşürəm, xırda adamlarsınız, özünüzə hörmət qoymursunuz. Cəhənnəmə ki. Amma xalqa hörmət qoyun; onun sərvətini oğurlayaraq varlanıb şişmisiniz. Heç olmasa, buna görə”.

“AzerTaym.az" bildirir ki, bunu sosial şəbəkədə “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev yazıb. Jurnalist qeyd edib ki, 7 aydır, camaata qaydalara əməl edilməsi üçün tövsiyələr verilir: “Siz bu yanda toy edirsiniz, toya gedirsiniz, tost deyirsiniz. Utanın! Ayıbdır axı. Ya hamı bu qaydalara əməl etsin, ya da qaydalar hamısı ləğv edilsin. Camaat getsin işinə-gücünə, kəndinə-kəsəyinə. Toyunu edən toyunu etsin, ölüsünə ehsan verən ehsan versin. Bu nə biabırçılıqdır?! 

Bəs biz bu günə kimi camaata evdə oturun, toy olmasın-filan demişik axı. Yalan demişik?! Məhbuslar, müttəhimlər aylarla türmələrdə zarıyır, ombudsman xanımın vecinə deyil, ancaq Ramiz Mehdiyevin nəvəsinin toyuna qaça-qaça gedib. Bu nə ölkədir biz yaşayırıq?! 

7 aydır Bakıdan qırağa çıxmamışıq. Biz anamızın qəbrini ziyarət etməyə gedə bilmirik; buraxmırsız, biz də qaydanı pozmağı özümüzə yaraşdırmırıq, şadlıq evlərinin, restoranların aşpazları, ofisiantları ac oturub evində, bu utanmazlar öz bağlarında şıdırğı toy edirlər. Sözün bitdiyi yer...”.






Fikirlər