“Babək“ Sərdar Cəlaloğluna cavab vermək istəmədi: “Nə deyim, bilmirəm...

“Babək“ Sərdar Cəlaloğluna cavab vermək istəmədi: “Nə deyim, bilmirəm...

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun tarixi qəhrəman Babəklə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Cəmiyyət onun fikirlərini birmənalı qarşılamır və siyasərçini tariximizə hörmətsizlik etməkdə günahlandırır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Babək” filminin baş qəhrəmanı - Xalq artisti Rasim Balayev Sərdar Cəlaloğlunun fikirlərinə qarışmaq istəmədiyini deyib.

Aktyor tarixi qəhrəman haqqında məlumatların çox az olduğunu bildirib:

“Nə deyim, bilmirəm. Onsuz da Babək haqqında o qədər geniş məlumat yoxdur. Olan məlumatların hamısı da ərəblərin yazdıqlarıdır. Ona görə bu barədə çox danışmaq istəmirəm. Sərdar Cəlaloğlu da bunu niyə deyib bilmirəm, özü daha yaxşı bilər”






Fikirlər