Sahil Babayevin kreslosu təhlükədə - ŞOK FAKTLAR

Sahil Babayevin kreslosu təhlükədə- ŞOK FAKTLAR

Sahil Babayev, 19 yaşında  SOCAR-da necə baş mütəxəssis işləmisən..? 

Deyirsən, veteran, əlil hamısı saxtadır, bəlkə sənin özünü təftiş edək…

Azərbaycanın  son tarixində Sahil Babayev  qədər  qalmaqallı  və ziddiyyətli  nazir olmayıb. 
Söhbət Əmək və Əhalinin Müdafiəsi naziri  Sahil Babayevdən gedir. 
Məlumdur ki, əmək və əhalinin sosial müdafiəsi  naziri  Səlim Müslümovun  həbsindən sonra  gənc, islahatçı Sahil Babayevin nazir təyin edilməsi  cəmiyyətdə müəyyən ümidlər yaratmışdı ki, bu sferada ciddi  müsbət dəyişikliklər olacaq. Amma...
Əmması odur ki, Sahil Babayev  nəinki ümidləri doğrultmadı, hətta sələfi  Səlim Müslümovun atasına rəhmət oxutmağa başladı. 
Sahil Babayevə tam səmimi olaraq  deyirik ki, sənin barəndə aylar, illər sonra  yazılanları, biz sən nazir olan kimi rayonda olanda bizə təfsilatı ilə danışdılar. Amma biz yazmadıq, gözlədik, düşündük ki, bəlkə...
Cənab Sahil Babayev, kimin nənəsinin erməni, yaxud moltanı olması bizim üçün  müzakirə mövzusu deyil.
Biz ciddi  media orqanı olaraq  o düşüncədəyik ki, bu dünyada heç kim  valideynlərini və vətənini özü seçmir. Bu taleh, qəzavü-qədər işidir. Adam dostunu, gələcək yoldaşını, peşəsini seçə bilər, amma valideyni seçmək mümkün deyil. 
Ona görə də  biz bu cür arqumentlərdən sizə  və yaxud kiməsə qarşı istifadə etmirik. 
Biz  kiminsə regional mənsubiyyətinə, yaxud dini-etnik mənsubiyyətinə görə ittiham olunmasının qəti əleyhinəyik. Amma...
Əmması odur ki, sivil dünyada dövlət-vətəndaş, məmur-dövlət münasibətləri var.
Əgər  dövlət başçısı  sənə etbiar edib, etimad göstərib  nazir vəzifəsinə təyin edibsə, ( bundan böyük nə ola bilər ) sən bunu mütləq doğrultmalısan. Bu az qala bir aksiomadır. 
Başa düşdünmü, cənab Sahil Babayev. Bizi  sənin mənşəyin, etnik kimliyin maraqlandırmır. 
İndi ən azı  insaf naminə özün  de görək, sən cənab Prezidentimizin etimadını az-çox olaraq  doğrulda bildinmi..? 
Bəli, bu il  aprelin 21-də  nazir təyin olunmağının 4 ili tamam oldu, yəni 5-ci ildir ki, nazirsən. 
Bu müddətdə  nə iş gördün, hansı islahatlar apardın...? 
İcazə ver biz bir neçəsini deyək..? 
Minlərlə, bəlkə də on minlərlə insanı  dövlətdən, hakimiyyətdən narazı saldın...
Hörmətli Sahil Babayev, deyirsən ki, filankəslər  saxta yolla  veteran olub, saxta yolla əlillik dərəcəsi alıb. İranlılar demişkən,  xeyli xub. 
Sahil Babayev,  sən  1980-ci ildə Bakı şəhərində anadan olmusan. 
Rəsmi tərcümeyi-halında yazılıb ki, 1999-cu ildən  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi işləmisən. 
Axı, 19 yaşlı  1-2-ci kurs tələbəsi  SOCAR-da necə baş mütəxəssis   işləyə bilərdi..? 
Deməli, saxta veteranlıq, saxta  müavinət məsələsini  birinci sənin özündən başlamaq lazımdır. 
Və  vətəndaşlar saxta yolla  əlillik dərəcəsi ala bilməz, əgər alıblarsa, onun arxasında böyük cinayətkar məmur şəbəkəsi var. 
Cənab, Sahil Babayev bu gün də həmin şəbəkə sizin rəhbərliyiniz altında rüşvət  və korrupsiya əməllərini davam etdirir. Və heç bir xəstəliyi  olmayanlara  yalandan karlıq, korluq diaqnozu  qoyularaq pensiya verilir. 
Amma, Sahil Babayev,  Qarabağ müharibəsinin  iştirakçısı  9 aydır özünə pensiya düzəldə bilmir.
Bunun günahkarl kimdir..? 
Əlbəttə, sizin rəhbəri olduğunuz nazirlik. 
Ehtiyatda olan zabit  yazır ki,  1991-ci ildən könüllü olaraq  Milli Orduda  qulluq elədim  və  1997-ci ildə ailə vəziyyəti və sağlamlığım ilə əlaqədar  tərxis olundum.  
O vaxtdan etibaran 12 il neft sənayesinin müxtəlif müəssisələrində sıravi işçi olaraq ən ağır işlərdə çalışdım.  2009-cu ildən etibarən sağlamlığım  əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermədiyi üçün ümumi xəstəlik diaqnozu ilə ikinci dərəcəli əlillik statusu aldım.  O dövrdən etibarən mütamadi olaraq səhiyyə müəssisələrində, məruz qaldığı xəstəliklərlə bağlı müalicələr keçib, tibbi epikrizləri aidiyyatı orqanlara təqdim edib.
Keçmiş həbrçi zabit yazır ki, keçən ildən Sahil Babayev  pensiya təminatımı dayandırdı. 
Sahil Babayev, bu adam həyatını Əfqanıstan müharibəsində,  sonra Qarabağ müharibəsində qoyub, sonra ən ağır  sahələrdə işləyib. Bu insanın pensiya təminatını niyə ləğv etmisən..? 
Deyirsən ki, bu da saxta veterandır..? 
Cənab Sahil Babayev, bəlkə sənin özünü  təftiş edək. 
Tam əminliklə deyirk ki, bu yaxın zamanda olacaq. 
Qarşı tərəfin mövqeyini dərc  etməyə hazırıq.

P.S. Sahil Babayev, görəsən bu qədər biyabırçılığın qarşısında bir nazir olaraq üzərinizə düşən məsuliyyət haqqında heç düşünürsünüzmü? Əlillərin qarşısına çıxaraq onların halına yanası bir işçinizdə yoxdurmu? 


 






Fikirlər