Kremlə "hücum" Rusiyanın öz işidir, hücuma məruz qalan binada hətta bayraq da tərpənmir...

Kremlə

"İki dronun HHM-in bir neçə eşelonunu keçərək Kremlin ürəyi üzərində vurulması və kameraya çəkilməsi az ehtimal olunur..."
 
"Bəlkə, şimşək çaxıb?..Mənim üçün əsas odur ki, mərmilər alım və Baxmutda irəliləyə bilim..."
 
 
Rusiya müstəqil şəkildə mayın 3-də Kremlə PUA-larla zərbə təşkil edə bilərdi. Məqsəd Ukraynaya qarşı müharibənin vacibliyinin Rusiyanın daxili auditoriyasına çatdırılması, habelə daha geniş sosial səfərbərlik üçün şəraitin yaradılması ola bilərdi.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.
 
Analitiklər qeyd edib ki, Rusiyanın Ukraynanı ittiham etməsi gözləniləndir, lakin bir neçə əlamətlər göstərir ki, zərbə daxili qüvvələr tərəfindən təşkil edilib və həyata keçirilib.
 
Belə ki, Rusiya hakimyyəti Moskva da daxil olmaqla bu yaxınlarda özünün HHM-nin daxili imkanlarını gücləndirib, ona görə də iki dronun HHM-in bir neçə eşelonunu keçərək partlaması və ya Kremlin ürəyi üzərində vurulması və kameralara çəkilməsi az ehtimal olunur.
 
Ekspertlərin məlumatına görə, 2023-cü ilin yanvarında əldə edilən geolokasiya şəkilləri Rusiya hakimiyyətinin Moskva yaxınlığında "Pansir" zenit raket komplekslərinin yerləşdirməsi, beləliklə, şəhər ətrafında HHM dairəsini yaratdığını sübut edir.
 
Bu, ona dəlalət edir ki, Rusiya hakimiyyəti özünün HHM-nin daxili imkanlarının gücləndirilməsi üzrə tədbirlər görür.
 
Bu zaman hesabatda deyilir ki, dronların Kremlə zərbəsi əvvəlcədən ölkə daxilində hazırlanıb koordinasiya edilməsəydi, "rusiyalılar üçün xeyli çətinlik törədə bilərdi". 
 
Lakin Kremlin baş vermiş insidentə dərhal və ardıcıl reaksiyası onu göstərir ki, onun güman edilən siyasi nəticələri təəccüblü olmayıb.
 
ISW analitikləri diqqəti həm də ola yönəldib ki, Rusiya hakimiyyəti başqa hərbi rəzilliyə, o cümlədən Balakleyada və Xersonda zəbt edilmiş ərazilərin itirilməsinə 2022-ci ilin noyabr ayında vaxtında və ardıcıl olaraq cavab verə bilməyib. 
 
Beləliklə, zərbələrə tez bir zamanda və ardıcıl olaraq reaksiya verilməsi güman etməyə əsas verir ki, Rusiya bu hadisəni bilavasitə 9 may Qələbə Günü ərəfəsində daxili auditoriyaya müharibənin nəsə ekzistensial bir şey olduğunu təqdim etmək üçün törədib.
 
Bundan başqa, Kreml bu "hücumdan" 9 mayla bağlı bayram tədbirlərinin ya ləğv edilməsi, ya da məhdudlaşdırılmasına haqq qazandıra bilər, bu da ehtimal ki, Ukraynaya qarşı müharibənin birbaşa təhlükə kimi göstərən informasiya işini gücləndirəcək.
 
Bu arada isə CNN yazıb ki, Ukraynanın Kremlə dron hücumlarında əli olmasının sübutları yoxdur.
 
CNN Rusiya telekanallarının dərc etdiyi videoçarxları təhlil edib. Burada iki müxtəlif dron müxtəlif istiqamətlərdən bir neçə dəqiqəlik intervalla uçur. Bunu Spassk qülləsindəki saatlar da sübut edir.
 
Kreml üzərində ilk dron yerli vaxtla saat 02:27-də görünüb. O, Senat sarayının üzərində partlayıb, bundan sonra damda yanğın başlayıb. İkinci dron saat 02:43-də qeydə alınıb, onun qalıqları Kremlin ərazisinə düşüb.
 
Digər videoda dron binanın günbəzəbənzər damına uçur, bundan sonra kuçik partlayışa bənzər nəsə baş verir. Bu videoda iki nəfər fənərlə
günbəzə qalxır, ehtimal ki, partlayışdan öncə əyilir. Kanal güman edir ki, onlar ilk dronun yaratdığı yanğına reaksiya verir, bu zaman isə ikinci dron peyda olur.
 
"Kremlə dronlar haradan buraxıla bilərdi?" - ekspertlər nə düşünür?
 
Kremlə zərbələr endirən dronlar Rusiyada gizli şəkildə fəaliyyət göstərən  ukraynalılar tərəfindən Moskva ətrafından buraxıla bilərdi. Bu fikri Moskva strategiyalar və texnologiyalar analizi Mərkəzinin direktoru Ruslan Puxov ifadə edib.
 
Onun sözlərinə görə, pilotsuz uçuş aparatını əldə etmək çətin deyil. Az sayda PUA-lardan istifadə edilməsi məhz bunun böyük ehtimalla partizan aksiyası olması versiyasının xeyrinə olduğunu göstərir, Puxov bunu "Financial Times" nəşrinə deyib.
 
O, qeyd edib ki, əgər dronlar Moskva ətrafından buraxılarsa, onların vurulma riski Ukrayna ərazisindən buraxılışa nisbətən xeyli azalacaq.
 
Ukrayna Silahlı Qüvvələri Hava Qüvvələri komandanının spikeri Yuri İqnatın fikrincə, böyük ehtimalla, bu, Kremlin təxribatıdır.
 
"Bilirsiniz, ilk baxışdan adama elə gəlir ki, bu, görünür, UNO-dur. Mən nə baş verdiyini, bunun nə dərəcədə səmərəli olduğunu deyə bilmərəm", - o, deyib.
 
İqnat qeyd edib ki, Rusiya KİV-lərinin göstərdiyi videoda "hücuma məruz qalan" binada hətta bayraq da tərpənmir. "Mənə görə bu, ən azı qəribə görünür...onlardan hər hansı təxribatlar da gözləmək olar", - İqnat deyib.
 
"Vaqner qrupu" özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojin baş verənləri belə şərh edib: "Mən buni şərh etmək istəmirəm. Bəlkə şimşək çaxıb. Mənim üçün əsas odur ki, mərmilər alım və Baxmutda irəliləyə bilim. İkincisi, hərbi cinahların zibili çıxmasın".






Fikirlər