Seçkidən sonra Azərbaycanda nə dəyişəcək? - Mühüm açıqlama

Seçkidən sonra Azərbaycanda nə dəyişəcək? - Mühüm açıqlama

Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Seçkinin ölkənin həyatında ciddi dəyişikliklərə səbəb olacağı bildirilir. 

Bəs bu dəyişikliklər ən çox hansı sahələri əhatə edəcək? 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa seçkilərdən sonra İcra hakimiyyətlərinin ləğv ediləcəyi ilə bağlı iddialara cavab verib: 

“Seçkilərdən öncə və ya sonra hansısa prosesin baş verməsi üçün konstitusiya dəyişikliyi olmalıdır. Konstitusiya dəyişikliyi də referendumla olur, ona görə də bu seçkilərin hansısa icra qurumunda status dəyişəcəyi ilə bağlı bir qanun yoxdur. İcra hakimiyyəti konstitusyon institutdur, o baxımdan da ancaq referendumla bu məsələyə baxıla bilər”. 

Millət vəkili qeyd edib ki, VI çağırış parlamenti ən eksterimal vəziyyətlərdə də uğurla çalışıb: 

“Seçkilər ümumiyyətlə, ölkə həyatında bir yenilikdir, çünki həm yeni tərkibdə parlament olacaq, həm də ölkədə əhəmiyyətli bir seçki prosesinin tamamlanmasından söhbət gedir. 

Ona görə də konkret olaraq bu parlamentin hansı səviyyədə təşkil olunacağı, hansı səviyyədə fəaliyyət göstərəcəyini indidən söyləmək olmaz. Amma bütün hallarda VI çağırış parlamenti ən çətin, eksterimal vəziyyətlərdə uğurla fəaliyyət göstərdi və pandemiya dövrünün, müharibə dövrünün ən çətin şərtlərində özünə aid olan funksiyaları yüksək səviyyədə yerinə yetirdi. Qalan məsələlər isə gələcəyin işidir”. 

 

 






Fikirlər