YENİ PARLAMENTDƏ YENİ SİMALAR... – Kimlər mandat ala bilər?

Bu ilin 1 sentyabr tarixində keçiriləcək növbədəkənar seçkilərlə formalaşacaq parlamentdə yeni simalar deputat mandatı ala bilər. 

 İnformasiyalı mənbələrdən daxil olan məlumata görə, onların sırasında keçmiş hüquq müdafiəçisi Çingiz Qənizadənin, siyasi ekspert Yeganə Hacıyevanın, Baş nazirin keçmiş müavini Elçin Əfəndiyevin qızı, diplomat Günay Əfəndiyevanın da adı var.

 

 

Qeyd olunur ki, Çingiz Qənizadənin namizədliyi üzv olduğu hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüləcəyi gözlənilir.

 

 

Hazırda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan və siyasi ekspert kimi çıxış edən Yeganə Hacıyevanın müstəqil namizəd kimi Qarabağdan seçkilərə qatılacağı və hakim partiya tərəfindən də dəstəklənəcəyi iddia olunur. 

 

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun keçmiş prezidenti, diplomat Günay Əfəndiyevanın da müstəqil namizəd kimi seçkilərə qatılacağı, həmin dairəni YAP-ın “boş” saxlayacağı və beləliklə, onun millət vəkili seçilməsinə dəstək veriləcəyi gözlənilir

Qeyd edək ki, Günay Əfəndiyeva türk dünyasında tanınmış simalardan biridir və onun millət vəkili seçilməsi türk dövlərtlərinin parlamentariləri ilə əlaqələrin möhkəmləndirilməsinə müsbət töhfə verə bilər. 

“AzPolitika.info” 






Fikirlər