“Dövlət Xidmətinin 218 əməkdaşının məsuliyyətə cəlb edilməsi göstərir ki...”

“Dövlət Xidmətinin 218 əməkdaşının məsuliyyətə cəlb edilməsi göstərir ki...”

Arzu Nağıyev: “SHXÇDX neqativ hallara qarşı mübarizədə əsl əzmkarlıq sərgiləyir”

 “Son bir ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 218 əməkdaşının məsuliyyətə cəlb edilməsi bu qurumun, onun timsalında dövlətimizin neqativ hallara qarşı əzmkar mübarizəsindən xəbər verir”.

 Bunu Moderator.az-a açıqlamada sabiq millət vəkili Arzu Nağıyev bildirib. Arzu Nağıyev qeyd edib ki, artıq bir ildir ki, SHXÇDX-də neqativ hallara, rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparılır ki, bu mübarizənin nəticəsi göz önündədir:

“SHXÇDX-nin hazırkı rəhbərliyi çağırış sistemindəki neqativ halların, rüşvət və korrupsiyanın aradan qaldırılmasına böyük maraq göstərir və bu məsələdə Baş Prokurorluqla uğurlu əməkdaşlıq aparır. Məhz bu iradə və əməkdaşlığın nəticəsidir ki, Dövlət Xidmətinin 218 əməkdaşı xidməti fəaliyyətində yol verdiyi qanun pozuntularına görə məsuliyyətə cəlb olunub.

 Bu, çağırış sisteminin sağlamlaşdırılması, vətəndaşlarda bu sistemə inamın artırılması baxımından olduqca mühüm addımdır. Çağırış sisteminin vətənin müdafiəsi ilə bilavasitə bağlı olduğunu nəzərə alsaq, bu sistemdə rüşvət və korrupsiyaya qarşı mübarizə ikiqat önəmlidir.

 Bu baxımdan, SHXÇDX-nin 218 əməkdaşının yol verdiyi qanunsuzluqlara görə məsuliyyətə cəlb edilməsi təqdirəlayiqdir. Mən həm SHXÇDX-nin rəhbərliyinə, həm də Baş Prokurorluğa bu mübariəzədə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”.






Fikirlər