Moskvada azərbaycanlı qadın özünü niyə yandırdı?

Vüsalə adlı 3 uşaq anasının intihara əl atmasının dəqiq səbəbi məlum deyil
Moskvada azərbaycanlı qadın özünü niyə yandırdı?

Moskvada azərbaycanlı qadının özünü yandırması hadisəsi olub. Hadisə onun azyaşlı uşaqlarının gözü qarşısında baş verib.
Rusiya mətbuatının verdiyi məlumata görə, Vüsalə adlı qadın paytaxt məktəblərinin birində intihar edərək özünü öldürüb. Məlum olub ki, qadının İslam və Kənan adlı oğulları həmin məktəbdə təhsil alırmış.
O, məktəbə 4 yaşlı oğlu Vüsalla gəlib. Qadının əlində içi benzinlə dolu kanistr olub. Məktəbdən azca aralı qəfil benzini üstünə tökərək od vurub. Alov o qədər güclü olub ki, yaxınlaşmağa heç kim cürət etməyib. Qadın aldığı ağır yanıq xəsarətindən dünyasını dəyişib.
Qeyd edək ki, orta məktəbin yerləşdiyi Moskvanın Timiryazevsk rayon Polis İdarəsində faktla bağlı hadisənin şahidləri dindirilir, araşdırma aparılır. İlkin məlumatlara görə, qadının həyat yoldaşı ilə münasibətləri gərgin olub. Onu hər gün döyürmüş.






Fikirlər