“Məmurlar NALAYIQ IŞLƏRLƏ məşğul idilər” – İlham Əliyev – VİDEO

   

ilham_aliev_zasedaniyeSon illər ərzində Əmək və Sosial Müdafiə Nazirliyində ciddi islahatlar aparılır. İslahatların bir məqsədi var: ehtiyacı olanların problemləri həll olunsun, ədalət tam bərpa edilsin”.
Bunu bu gün prezident İlham Əliyev Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında deyib.
Prezident deyib ki, əvvəlki illərdə bəzən əlil olan insan hər il bunu sübut etməli idi. İndi aparılan islahatlar bu vəziyyəti köklü şəkildə dəyişir.
Lakin bəzi hallarda əlil olmayan insanlar əlillik dərəcəsini almaq üçün müxtəlif işlərlə məşğul idilər. “Bu, dözülməz bir haldır. Vətəndaşlar özləri məsuliyyətli olmalıdırlar. Burada məmurlar da nalayiq işlərlə məşğul idilər. Ona görə də bu sahədə ciddi nəzarət, qayda-qanun, ictimai nəzarət olmalıdır”.
Onun sözlərinə görə, dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir, bundan sonra da edəcək. İ.Əliyev bu günlərdə prezidentin Ehtiyat Fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələri, müharibə əlilləri üçün tikintisi nəzərdə tutulan evin inşası üçün 10 milyon manat əlavə vəsait ayrılmasını xatırladıb.
Dövlət başçısı yaxın vaxtlarda Nazirlər Kabinetinin də işlərin dayanmaması üçün ən az bu qədər vəsait ayıracağını deyib.
“Düzdür, indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil. Təbii ki, neftin qiymətinin üç dəfə aşağı düşməsi bizim gəlirlərimizə təsir edib. Büdcə xərcləri, büdcə gəlirləri azalıb. Bu, təbii vəziyyətdir”.
İ.Əliyev neftin qiymətinin aşağı olmasına baxmayaraq, gələn il də bütün sosial layihələrin icra ediləcəyini deyib.
“Çünki dünyada gedən proseslər artıq bizə də təsir etməyə başladı və neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti eyni vəziyyətlə üzləşibdir. Ancaq bununla bərabər, Azərbaycanda iqtisadi sabitlik, iqtisadi inkişaf təmin edilir, sosial məsələlər öz həllini tapır, 2015-ci ildə bir dənə də olsun sosial layihə icrasız qalmayıbdır. Baxmayaraq ki, neftin qiyməti çox aşağı səviyyədədir, gələn il bütün sosial proqramlar icra ediləcək. Bizim vətəndaşlar əmin ola bilərlər ki, sosial sahədə bir dənə də olsun ixtisar olmayacaqdır. Sadəcə olaraq dövlət qurumları daha da səmərəli işləməlidirlər, maliyyə-iqtisadi sahədə şəffaflıq tam şəkildə təmin edilməlidir. Belə olan halda Azərbaycan 2016-cı ildə də yaxşı nəticələr göstərəcək. Bir daha demək istəyirəm ki, gələn il və bundan sonrakı illərdə siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq. Xüsusilə o vətəndaşlar ki, onların dövlət qayğısına böyük ehtiyac var”.

  






Fikirlər