NƏSİB Məhiməliyev MAŞALLAH Əhmədova nə qədər PUL ATIB?

bitmap-img6
Bir müddət öncə haqqında Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanan və şübhəli şəxs qismində saxlanılan "Neftçi”nin veteran futbolçusu Maşallah Əhmədovla bağlı Vətəninfo.az-ın redaksiyasına ilginc məlumat daxil olub. 
Məlumatda qeyd edilir ki, Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı,adı "Nurçu”luqda hallanan Elnur Aslanovun anası Rəbiyyət Aslanovanın yerinə millət vəkili seçilən Nəsib Məhiməliyev "Neftçi”nin veteran futbolçusu Maşallah Əhmədova nə az nə çoc dü 50-60 min manat borcludur.
Redaksiyamıza sızan bu məlumatda qeyd edilir ki, Nəsib Məhiməliyev İH-nin başçısı işlədiyi dövürdə rayon ərazisində abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün məşhur futbolçunun podratçı şirkəti ilə anlaşıb. Anlaşma müqabilində görülən işlərə görə Nəsib Məhiməliyev Maşallah Əhmədova pul ödəməli imiş.
Ancaq futbolçu ondan görülən işlərin müqabilində alınması gərəkən pulları ala bilməyib.
Bu məlumatla bağlı Milli Məclisə yenicə qədəm qoyan deputat Nəsib Məhiməliyevin özü ilə danışdıq və o bildirdi ki, onun "Neftçi”nin veteran futbolçusu Maşallah Əhmədova bir manat belə borcu yoxdu.
Müxbirimiz Nəsib Məhiməliyevə " Deyilənə görə,50-60 min manat borcun rayonda abadlıq və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı yaranıb və siz bu pulu ödəmək əvəzinə futbolçuya atmısınız”-sualına isə cavabı belə olub ki,o ümumiyyətlə İH-nin başçısı lduğu dövürdə Maşallah Əhmədovla hansısa bir iş məsələsi olmadığı kimi,ona deyilən məbləğdə pul da borclu deyil.

 






Fikirlər