GÜLƏŞ FEDERASİYASINDA NƏ BAŞ VERİR? – “Baş katib milyonlarla manat mənmsəyib, qaçıb…”

 

1fazXəbər verildiyi kimi, fevralın ilk günlərində Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov tutduğu vəzifədən azad edilib. Bu barədə federasiyanın prezidenti, vergilər naziri Fazil Məmmədov əmr verib.
Əmrə əsasən, Rəşad Allahverdi oğlu Əli-Zadə Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub.

“AzPolitika”ya idman ictimaiyyətindəki mənbələrdən daxil olan məlumata görə, Fazil Məmmədov Əjdər Cəfərovu külli miqdarda yeyinti və dələduzluq faktlarına görə vəzifəsindən azad edib. Belə ki, yoxlamalar nəticəsində üzə çıxıb ki, Ə.Cəfərov federasiyanın təxminən 5 milyon manatını mənimsəyib.

ajdar_cafarov_160615_1434455520Mənbə deyir ki, idmanla heç bir əlaqəsi olmadığı halda müxtəlif vasitələrdən istifadə etməklə AGF-nin baş katibi vəzifəsinə yüksəlməyə nail olan Ə.Cəfərov, federasiyanın vəsaitini mənimsəməklə kifayətlənməyərək, idmançılardan, onların valideynlərindən irəli çəkilmək, yaxşı şərait yaratmaq vədi ilə külli miqdarda rüşvət alıb, idmançıların maaşlarını mənimsəyib, öz ailə üzvlərini, idmandan xəbərsiz insanları işə götürdərək, federasiyanı ailə biznesinə çevirib. Eyni zamanda milli komandaya xaricdən, xüsusən də Dağıstandan idmançıların cəlb olunması məsələsində maliyyə maxinasiyalarına yol verərək, bu transferlərdən də külli miqdarda vəsait mənimsəyib.

Bütün bunlar nəticəsində də qısa müddətdə böyük var-dövlət, bahalı maşınların sahibinə çevrilib.

Məlumata görə, vəzifədən uzaqlaşdırılandan dərhal sonra Ə.Cəfərov telefonlarını söndürərək, yoxa çıxıb. Hazırda Ə.Cəfərovun müxtəlif vədlərlə pulunu aldığı onlarla adam onu axtarır. Ehtimal olunur ki, keçmiş baş katib ölkədən qaçıb.

 






Fikirlər