“Bandotdel” Hacıqabulda əməliyyat keçirdi

Hacıqabul şəhər sakinindən avtomat götürülüb.

AzerTaym.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Abbasovdan “AK” markalı avtomat, patron darağı və 12 ədəd patron götürülüb.

Araşdırma aparılır.






Fikirlər