05.03.2014. - ŞOK! “Ata, yalvarıram, məni aşağı atma!” -VİDEO

05.03.2014. -  ŞOK! “Ata, yalvarıram, məni aşağı atma!” -VİDEOTürkiyənin Kayseri şəhərində baş verən dəhşətli hadisə hər kəsi sarsıdıb

Tikintidə çalışan fəhlə Nuri Duran arvadını, 1 və 7 yaş arasında olan 4 övladını vəhşicəsinə öldürüb. Ailəsini tamamilə məhv etdikdən sonra isə özünü öldürüb. Dəhşət orasındadır ki, olanlar müşahidə kamerası vasitəsilə çəkilib.

Görüntülərdən aydın eşidilir ki, Nuri Duran böyük oğlu Kamalı öldürərkən, uşaq atasına yalvararaq “Ata, lütfən, yalvarıram, məni aşağı atma! Məni öldürmə, anamın yanına apar!”, – deyə yalvarır.

Nuri Duran əvvəlcə evdə arvadını və üç övladını çəkiclə başlarını əzib öldürdükdən sonra 7 yaşlı oğlu Kamalı məktəbən götürüb. O, oğlunu məktəbdən götürərək yaşadığı binanın 15-ci mərtəbəsinə qalxıb. Ata oğlunu hündürlükdən aşağı atıb. Nuri Duran sonra da intihar edib.

Nuri Duranın qardaşı Polat Duran qardaşnın son zamanlar psixoloji problemləri olduğunu bildirib. Qardaşının sözlərinə görə, son vaxtlar Nuri Duranın davranışlarında ciddi problemlər olurmuş.

Müalicə alırdı. Bu dəhşətdən bir gün əvvəl dincəlməsi üçün evə yolladım. “Sabah səni həkimə aparacağam”, – dedim. Onu xəstəxanaya yerləşdirəcəkdim. Lakin ertəsi gün gedəndə Nurini evdə tapmadım. Onun faciə törətməsinə mane ola bilmədim, – deyə Polat Duran bildirib.







Fikirlər