Sabiq həbsxana rəisi ilə bağlı yeni təyinat oldu- AZƏR SEYİDOV ƏDLİYYƏ AKADEMİYASINDA

azersey

Bir neçə gün əvvəl ƏdIiyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsindən azad edilən Azər Seyidovla bağlı yeni təyinat olub.

Gununsesi.info-nun ədliyyə orqanlarından əldə etdiyi məlumata görə, Azər Seyidov bundan sonra Ədliyyə Akademiyasında baş məsləhətçi vəzifəsində çalışacaq.  Saytımızın sorğusuna cavabında Azər Seyidov xəbəri təsdiqləyib.

Ədliyyə polkovniki olan Azər Seyidov uzun illər Penitensiar Xidmətdə çalışıb.






Fikirlər