24.04.2014. - Telman Adıgözəlov dünyaya gəldi

24.04.2014. -  Telman Adıgözəlov dünyaya gəldiMərhum aktyor, Azərbaycanın xalq artisti Telman Adıgözəlovun oğul nəvəsi dünyaya gəlib.
"AzerTaym.az" xəbər verir ki, bu barədə sosial şəbəkədəki “Teatr İnciləri” səhifəsində məlumat yayılıb.
Aktyorun oğlu Tural Adıgözəlovun ailəsində dünyaya gələn körpəyə Xalq artisti Telmanın adı verilib.
Xatırladaq ki, tanınmış aktyor, Azərbaycanın xalq artisti Telman Adıgözəlov 1953-cü ildə Balakən rayonunda dünyaya gəlib və 2010-cu ildə aprelin 15-də ürək çatışmazlığından dünyasını dəyişib.






Fikirlər