07.08.2014- Şüvəlan çimərliyində 5 uşaq dənizdə boğuldu

07.08.2014- Şüvəlan çimərliyində 5 uşaq dənizdə boğulduBakı çimərliklərindən birində dəhşətli hadisə yaşanıb - iki ailənin 5 uşağı eyni vaxta dənizdə boğulub.

"AzerTaym.az" aznews.az-a istinadla xəbər verir ki, dünən saat 20:00 radələrində Xəzər rayonu Şimal DRESS qəsəbə sakinləri 14 yaşlı Aydan Fərziyeva, qardaşı 13 yaşlı Hüseyn Fərziyev, 10 yaşlı Kamalə Əliyeva, qardaşları - 9 yaşlı İlgün Əliyev, Fariz Əliyev Şüvəlan çimərliyində dənizdə çimərkən boğulublar. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Nazirliyin dalğıc-xilasediciləri tərəfindən Aydan Fərziyeva, Kamalə Əliyevanın meyiti sudan çıxarılıb. Digərlərinin meyitlərinin axtarışı istiqamətində tədbirlər görülür.






Fikirlər